Təsisçi: Nurlan Baxşıyev
Nəsildən-nəslə ötürülən təbii arıçılıq irsi
Ata-babadan gələn arıçılıq ənənəsi ilə hasil olan təbii bal.
Arıçılıq bizim üçün sadəcə bir iş deyil, böyüklərimizdən, ata-babalarımızdan bizə miras qalan köklü bir peşə və irsdir. İllər boyu böyüklərimizin bu torpaqda qoyduğu zəhmət, arıya göstərdiyi qayğı və topladığı zəngin təcrübə Ovala Balının təməl daşıdır.
Bu zəngin ailə ənənəsini və təcrübəsini qoruyaraq, 2023-cü ildə Astara rayonunun füsunkar Ovala kəndinin adı altında brendləşdirdik. Əsas məqsədimiz böyüklərimizdən öyrəndiyimiz saflığı və dəqiqliyi qoruyub, öz təsərrüfatımızda hasil olan təbii balı birbaşa müştəriyə çatdırmaqdır.
Böyüklərimizdən öyrəndiyimiz kimi, balın təbii keyfiyyətini və zənginliyini pozmamaq üçün mövsüm ərzində ayrı-ayrı süzümlər aparmırıq. İl ərzində yalnız bir dəfə süzüm aparılır (İyulun sonları – Avqustun əvvəlləri). Beləliklə, məhsulda mövsüm ərzində arıların topladığı bütün müxtəlif nektarların təbii zənginliyi tam cəmlənir.
Çəki: 1 kq
40 AZN
İllik süzümdən əldə edilən təbii və saf süzülmüş bal.
WhatsApp ilə Sifariş Et
Çəki: 1 kq
47 AZN
Xüsusi teksturaya və yumşaq dərin dada malik bal.
WhatsApp ilə Sifariş Et
Çəki: 1 kq
53 AZN
Arıların təbii pətəyində saxlanılan saf şan balı.
WhatsApp ilə Sifariş Et
Çərəzlər balda dəmlənməyə qoyulmazdan əvvəl xırda ölçüdə doğranır ki, balı daha yaxşı hopdursun və 6 aylıq dəmlənmə prosesi daha effekti keçsin.
Böyüklərimizin illərlə topladığı arıçılıq təcrübəsi və mənəvi dəyərləri ilə hazırlanır.
Mövsüm ərzində arıların topladığı balı ayrı-ayrı süzümlərə bölmürük.
İl ərzində əsasən bir dəfə (İyulun sonu – Avqustun əvvəli) süzüm aparırıq.
Öz arıçılıq təsərrüfatımızdan əldə olunan balı brend adı ilə təqdim edirik.
Eyni illik bal məhsulundan 5 fərqli yüksək keyfiyyətli məhsul hazırlayırıq.
Xüsusi Təbii Protein məhsulunda çərəzləri balda tam 6 ay dəmləyirik.
Ovala Balı Astara rayonunun Ovala kəndində fəaliyyət göstərən şəxsi arıçılıq təsərrüfatımızdan əldə olunur.
Bizim arıçılıq fəaliyyətimiz böyüklərimizdən, ata-babalarımızdan ötürülən zəngin təcrübə və ailə ənənələrinə dayanır.
Süzüm prosesi il ərzində yalnız bir dəfə - iyul ayının sonları və ya avqust ayının əvvəllərində həyata keçirilir.
Bəli, Azərbaycanda çatdırılma imkanları mövcuddur. Şəhər və rayonlara görə çatdırılma şərtləri ayrıca dəqiqləşdirilir.
Xırda doğranmış seçmə çərəzlər balda tam 6 ay müddətində dəmlənir.